ABŞ ordusu İrana qarşı hərbi əməliyyatın ilk iki günündə sursata təxminən 5,6 milyard dollar xərcləyib.
“İki sahil” xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti xəbər yayıb.
Məlumata görə, Pentaqon nümayəndələri bu rəqəmləri 9 martda ABŞ Konqresinin üzvlərinə təqdim ediblər.
Qeyd edilib ki, administrasiyanın bu həftə qanunvericilərə on milyardlarla dollara qədər əlavə hərbi maliyyələşdirmə tələbi təqdim etməsi gözlənilir.