İran ətrafında gərginliklə əlaqədar Ankaranın Şimali Kiprdə altı F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirmək qərarı, əslində, Yunanıstanın adanın cənubuna dörd hərbi təyyarə və iki freqat dislokasiyasına cavab idi. Fransa hakimiyyəti də Afinanın xahişi ilə Cənubi Kipr sahillərinə iki freqat göndərib.
“İki sahil” xəbər verir ki, bu barədə məlumat verən Türkiyənin “Hürriyet” qəzetinə görə, Ankara Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Lefkoşadakı Ercan Beynəlxalq Hava Limanında yerləşdiyini qeyd edib.
Qəzet vurğulayıb: “1974-cü ildən bəri ilk dəfədir ki, Türkiyə Kiprdə uzunmüddətli əsasda hərbi təyyarələr yerləşdirir”. Daha sonra qeyd edilir ki, Ankaranın bu qərarı adanın cənub-qərb hissəsindəki Baf (Pafos) yaxınlığındakı hava bazasında Fransa və yunan Kipri liderləri arasında keçiriləcək zirvə görüşündən əvvəl verilib.