10 mart 2026 01:43
92

Sarayda yolu keçmək istəyən piyadanı maşın vurub öldürüb

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Saray qəsəbəsi, "Yeni yol" adlanan ərazidə baş verib.

Belə ki, yolu keçmək istəyən piyadanı "Azsamand" markalı minik avtomobili vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları baş verən hadisə ilə bağlı araşdırma aparır.

"Report"