09 mart 2026 23:23
128

İran Qızıl Aypara Cəmiyyəti: ABŞ-İsrail hücumlarında 13.785 mülki obyektə ziyan dəyib

İran Qızıl Aypara Cəmiyyətinin yaydığı açıqlamada ABŞ-İsrail hücumlarında 13.785 mülki obyektin hədəf alındığı bildirilib.

İki sahil” yazır ki, açıqlamada deyilir: "Hava hücumlarında 13.785 mülki obyektə ziyan dəyib. Bunlardan 11.293-ü yaşayış məntəqəsi, 2.383-ü ticarət obyekti və 65-i məktəblər də daxil olmaqla təhsil müəssisəsidir".

Həmçinin bildirilib ki, hücumlarda çoxsaylı xəstəxana və Qızıl Aypara ilə əlaqəli mərkəzlər hədəf alınıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”