09 mart 2026 21:00
141

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

Bakıda yas mərasimində iştirak etmək üçün martın 6-da Naxçıvan-Bakı reysi ilə uçuş edəcəkdim. Lakin məlum səbəblərə görə həmin reys təxirə salındı. Məcbur olub qardaş Türkiyənin İğdır hava limanı vasitəsilə Bakıya uçduq.

“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakı-Naxçıvan-Bakı reysi bərpa olunduqdan sonra həmin reyslə Naxçıvana qayıdan ilk sərnişinlərdən olan Natəvan Hüseynova deyib.

O qeyd edib ki, İğdırda onları çox səmimi, mehriban şəkildə qarşılayıb və yola salıblar: "Bu gün Bakıdan Naxçıvana uçuş edən zaman eşitdik ki, artıq aviareyslər ənənəvi qaydada bərpa olunur. Sevincimizin həddi-hüdudu yoxdur. Prezidentimizə Naxçıvana və naxçıvanlılara göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarlığımızı bildiririk. İnşallah, xalqımız bir də belə hadisələrlə qarşılaşmaz."