"ABŞ-ın İrana qarşı hərbi kampaniyası hələ ilkin mərhələdədir və yaxın vaxtlarda Tehranın nüvə potensialının tam məhv edilməsinə yönəlmiş maksimal güclü zərbələr mərhələsinə keçəcək".
“İki sahil” xəbər verir ki, bunu ABŞ-ın hərb naziri Pit Heqset "CBS News" telekanalına müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, Vaşinqton qarşıya qoyulan məqsədləri həyata keçirmək üçün bütün imkanlarını səfərbər etməyə hazırdır.
"Bu, yalnız başlanğıcdır. Biz hələ bu kampaniyaya, əslində tam başlamamışıq. Qarşıdakı mərhələ bu vəzifələri necə yerinə yetirəcəyimizi daha aydın göstərəcək", - deyə o qeyd edib.
Bundan əlavə, ABŞ Hərb Nazirliyindəki mənbələr Vaşinqtonun İranda quru əməliyyatına hazırlaşa biləcəyini bildiriblər. Buna səbəb kimi 82-ci çevik reaksiya hava-desant diviziyasının təlimlərinin qəfil ləğv edilməsi göstərilir.
Pentaqon nümayəndəsi isə ABŞ Silahlı Qüvvələrinin "nəyəsə hazırlaşdığını" təsdiqləyib.