09 mart 2026 20:35
115

ABŞ İrana qoşun göndərəcək? - Trampdan AÇIQLAMA

Vaşinqton hələlik İsfahandakı nüvə obyektlərini qorumaq üçün İrana Amerika qoşunlarının göndərilməsini düşünmür.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib.

"Bu barədə heç bir qərar verməmişik. Biz buna yaxın da deyilik", - deyə o əlavə edib.

Nəşrin qeyd etdiyi kimi, Amerika lideri həmçinin İranın yeni ali rəhbəri Müctəba Xamenei ilə münasibətləri necə qurmağı planlaşdırdığının təfərrüatlarını açıqlamamağı seçib.