09 mart 2026 19:39
216

Bakıdan havaya qalxan sərnişin təyyarəsi Naxçıvana eniş edib - YENİLƏNİB

Martın 5-dən İranın dron hücumları səbəbindən fəaliyyətini müvəqqəti dayandıran Naxçıvan Beynəlxalq Hava Limanı artıq fəaliyyətini bərpa edib.

Bu gün saat 18:00-da Bakıdan havaya qalxan sərnişin təyyarəsi Naxçıvana eniş edib və bununla da hava limanında uçuşlar yenidən həyata keçirilməyə başlayıb.

***

Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edib.

Hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Naxçıvandan- Bakıya "j2 252" saylı reyslə uçan sərnişinlər qeydiyyatdan keçir. Bakıdan çıxan reys bir neçə dəqiqədən sonra Naxçıvan aeroportuna eniş edəcək.

Qeyd edək ki, martın 10-dan etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.

"Report"