09 mart 2026 19:10
146

Bu ölkədə qazın qiyməti 30 faiz artdı

Yaxın Şərqdə artan gərginlik fonunda Niderlandda qazın qiyməti kəskin şəkildə yüksəlib. Bildirilir ki, ticarətin ilk saatlarında qazın qiyməti təxminən 30 faiz artaraq 69 avroya çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə "De Telegraaf" məlumat yayıb.

Nəşrin yazdığına görə, qiymətlərin yüksəlməsi əsasən Yaxın Şərqdəki hərbi əməliyyatlar və enerji daşımalarında yaranan risklərlə bağlıdır. Xüsusilə regionda gərginliyin artması və Hörmüz boğazında gəmiçiliyin pozulması ehtimalı enerji bazarlarında narahatlıq yaradıb.

Analitiklər qeyd edirlər ki, Hörmüz boğazı qlobal enerji daşımalarının ən mühüm marşrutlarından biridir və burada hər hansı təhlükəsizlik problemi neft və qaz qiymətlərinə dərhal təsir göstərir.

Eyni zamanda, "Daily Mail" qəzeti Böyük Britaniyanın mövcud enerji bazarı şəraitində qaz çatışmazlığı riski ilə üzləşə biləcəyini yazıb.

Ekspertlərin fikrincə, Yaxın Şərqdəki geosiyasi gərginlik davam edərsə, bu, Avropa enerji bazarlarında qiymətlərin daha da artmasına və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqların güclənməsinə səbəb ola bilər.