09 mart 2026 17:59
262

Qlobal iqtisadi sabitlik üçün əlavə risklər yaranır - Starmer

Böyük Britaniyanın baş naziri Keir Starmer Yaxın Şərqdə artan gərginliyin ölkə iqtisadiyyatına və vətəndaşların yaşayış xərclərinə təsir göstərə biləcəyini istisna etməyib. O bildirib ki, xüsusilə İran ətrafında formalaşan vəziyyət qlobal iqtisadi proseslərə təsir etmə potensialına malikdir.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Londonda sosial mərkəzə səfəri zamanı çıxış edən Starmer qeyd edib ki, hökumət mövcud vəziyyətlə bağlı idarələrarası təhlil aparır, mümkün riskləri qiymətləndirir və beynəlxalq tərəfdaşlarla birlikdə vətəndaşlar və biznes üçün mümkün mənfi nəticələrin azaldılması yollarını müzakirə edir.

Baş nazir vurğulayıb ki, Yaxın Şərqdə münaqişənin davam etməsi qlobal iqtisadi sabitlik üçün əlavə risklər yaradır. Onun sözlərinə görə, münaqişə nə qədər uzun sürərsə, onun iqtisadi təsirlərinin həm ölkə iqtisadiyyatına, həm də biznes və vətəndaşların gündəlik həyatına təsir etmə ehtimalı bir o qədər artacaq.