09 mart 2026 16:09
102

ABŞ Türkiyənin Adana şəhərini dərhal tərk etmələri barədə vətəndaşlarına müraciət edib

ABŞ-ın Türkiyədəki səfirliyi vətəndaşlarına Adana şəhərini dərhal tərk etmələri barədə çağırış edib.

“İki sahil” xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfirliyi bu barədə sosial media hesabından paylaşım edib.

Paylaşımda ABŞ vətəndaşlarından Türkiyənin cənub-şərqi Anadolu bölgəsini və Adana şəhərini dərhal tərk etmələri xahiş olunub.

ABŞ Dövlət Departamenti “təhlükəsizlik riskləri”ni əsas gətirərək, Adana Konsulluğunda çalışan işçiləri və onların ailələrinin təxliyə olunması barədə göstəriş verilib. (APA)