Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sabiq sədri Əkrəm İmamoğlunun da aralarında olduğu 402 təqsirləndirilən şəxs barəsində açılan məhkəmə işinin ilk iclası bu gün keçirilir.
“İki sahil” xəbər verir ki, aprelin sonuna qədər həftənin 4 günü davam edəcək prosesə “korrupsiya” iddiası ilə mühakimə olunan 407 nəfər cəlb olunub. Onlardan 107-si həbsdə, 7-si isə axtarışdadır.
Bu gün səhər saatlarında başlayan və gərginliklə davam edən iclasa fasilə verilib.