09 mart 2026 12:16
116

Daha 5 kəsişmədə svetoforlara velosiped bölmələri quraşdırılıb

Paytaxtda velosipedçilərin təhlükəsizliyinin təmin edilməsi və mikromobilliyin inkişafı məqsədlə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən daha 5 kəsişmədə svetoforlara yeni nəsil velosiped bölmələri quraşdırılıb.

“İki sahil” xəbər verir ki, NİİM-dən verilən məlumata görə, velosiped bölmələri Nərimanov rayonu, Xətai prospektinin Əbdüləzəl Dəmirçizadə, Əhməd bəy Ağaoğlu, Əliağa Vahid və Neymət Quliyev küçələri ilə kəsişmələrində, həmçinin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi ilə Məhəmməd Naxçıvani küçəsinin kəsişməsində quraşdırılıb. Ümumilikdə bu kəsişmələrdəki svetoforlara 14 velosiped bölməsi əlavə edilib. LED işıqlandırma ilə təchiz olunan yeni nəsil bölmələr velosipedçilərin yollarda daha təhlükəsiz və rahat hərəkət etməsinə imkan yaradır.

Qeyd edək ki, indiyədək paytaxt yollarında yerləşən 54 yolayrıcındakı svetoforlara 136 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib. Bu istiqamətdə işlər davam etdirilir.