09 mart 2026 11:34
88

Türkiyə Şimali Kiprdə 6 ədəd F-16 təyyarəsi yerləşdirib

Türkiyə Şimali Kiprdə 6 ədəd F-16 təyyarəsi yerləşdirib.

"İki sahil" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu addım regionda baş verən son hadisələr kontekstində Şimali Kiprin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə atılıb:

"Belə ki, 6 ədəd F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri bu gündən etibarən Şimali Kipr Türk Respublikasında yerləşdirilib. Hadisələrin gedişatına uyğun olaraq ehtiyac yarandığı təqdirdə əlavə tədbirlər də görüləcək".