09 mart 2026 01:11
283

İran rəsmisi: ABŞ-ın bizə hücum etdiyi istənilən əraziyə zərbə endirəcəyik

İran ABŞ hərbi qüvvələrinin İslam Respublikasına hücum etdiyi istənilən əraziyə zərbə endirəcək.

“İki sahil” "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf deyib.

İran ABŞ hərbi qüvvələrinin İslam Respublikasına hücum edəcəyi istənilən əraziyə zərbə endirəcək.

"ABŞ-ın bizə hücum edəcəyi istənilən bölgəyə zərbə endirəcəyik", - Qalibaf deyib. O, əlavə edib ki, İrana hücumların həyata keçirildiyi bölgədəki istənilən ABŞ hərbi bazası İran Ordusunun hədəfinə çevriləcək.

Qalibaf qeyd edib ki, bəzi qonşu dövlətlər öz ərazilərindəki amerikalıların hərəkətlərinə nəzarət edəcəklərinə söz veriblər.