İranın paytaxtı Tehranın bir sıra məhəllələrində güclü partlayışlar baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, Tehranın hava hücumundan müdafiə sistemləri işə salınıb və hazırda fəaliyyətdədir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.