ABŞ-nin sualtı qayığının İranın "IRIS Dena" esminesinə hücumu nəticəsində azı 104 nəfər ölüb, daha 20 nəfər itkin düşüb.
“İki sahil”in İranın Dövlət Televiziyasına istinadən məlumatına görə, bu barədə İslam Respublikası Ordusunun mətbuat xidməti açıqlama verib.
Məlumata görə, gəmidə 136 heyət üzvü olub.
Qeyd edilir ki, esmines hərbi təlimlərdən qayıdırmış.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.