08 mart 2026 21:19
276

Təxliyə davam edir: Gün ərzində 46 vətəndaşın təhlükəsiz keçidi təmin edilib

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə prosesi davam edir.

“İki sahil” xəbər verir ki, martın 8-də saat 09:00-dan 20:00-dək ümumilikdə 46 nəfər İrandan Azərbaycan ərazisinə təxliyə olunub.

Təxliyə olunanlar müxtəlif ölkələrin vətəndaşlarıdır. Onlardan 5-i Azərbaycan, 13-ü Çin, 8-i Rusiya, 3-ü Qazaxıstan, 3-ü İspaniya, 3-ü Belçika, 2-si Rumıniya, 1-i İsveçrə, 8- isə Macarıstan vətəndaşıdır.

Sözügedən şəxslər İrandan “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olaraq təxliyə ediliblər. Təxliyə prosesi müvafiq təhlükəsizlik və qeydiyyat prosedurlarına uyğun şəkildə davam etdirilir.