08 mart 2026 13:46
219

ABŞ-ın bu gəmilərə artıq ehtiyacı yoxdur - Tramp

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Yaxın Şərqə aviadaşıyıcı gəmilər göndərməsinə ehtiyac olmadığını bildirib.

“İki sahil” BBC-yə istinadla xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşdığı mesajda Birləşmiş Krallığın Yaxın Şərqə iki aviadaşıyıcı göndərməyi nəzərdən keçirdiyini qeyd edib. O bildirib ki, ABŞ-nin bu gəmilərə artıq ehtiyacı yoxdur.

“Birləşmiş Krallıq, bizim bir vaxtlar ən böyük müttəfiqlərimizdən biri, nəhayət Yaxın Şərqə iki aviadaşıyıcı göndərməyi ciddi şəkildə düşünür. Amma buna ehtiyac yoxdur. Müharibəni artıq qazandıqdan sonra qoşulanlara ehtiyacımız yoxdur”, – deyə Tramp “Truth Social” platformasında yazıb.

Trampın açıqlamaları ABŞ bombardmançı təyyarələrinin Böyük Britaniyaya eniş etməsi və Vaşinqtonun müəyyən müdafiə əməliyyatları üçün Britaniya hərbi bazalarından istifadə etməyə başlaması fonunda səsləndirilib.