08 mart 2026 10:25
117

İran Küveytin paytaxtında göydələnə zərbə endirib

Küveytin paytaxtı Əl-Küveytdə yerləşən və Dövlət Sosial Sığorta İdarəsinin baş ofisinin fəaliyyət göstərdiyi göydələn hücuma məruz qalıb. Hadisə nəticəsində binaya ziyan dəyib.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti X sosial şəbəkə hesabında məlumat verilib.

İranın Press TV telekanalının yayımladığı kadrlarda binanın yuxarı mərtəbələrinin alov içində olduğu görünür. Hadisə ilə əlaqədar olaraq qurumun rəhbərliyi bildirib ki, baş ofisdə bu gün vətəndaşların qəbulu həyata keçirilməyəcək.

Hazırda hadisə nəticəsində xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.

Bundan əvvəl Küveyt Silahlı Qüvvələri gecə saatlarında ölkənin hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən buraxıldığı bildirilən üç ballistik raketi zərərsizləşdirdiyini açıqlamışdı. Ordunun Baş Qərargahı həmçinin ölkə hava limanındakı yanacaq anbarlarının İran pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını da bildirib.