08 mart 2026 01:47
104

Tramp Latın Amerikası ölkələrində narkotiklə mübarizə üçün hərbi koalisiya yaradıldığını elan edib

ABŞ Prezidenti Donald Tramp Latın Amerikası ölkələrində narkotik qaçaqmalçılığına qarşı mübarizə aparmaq məqsədi daşıyan hərbi koalisiyanın yaradıldığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, Tramp bu barədə Floridada bir neçə Latın Amerikası ölkəsinin liderləri ilə görüşdə bildirib.

Trampın sözlərinə görə, təşəbbüsün iştirakçıları narkotik qaçaqmalçılarına qarşı əməliyyatlarda ordudan istifadə edilməli olduğu barədə razılığa gəliblər.

EFE xəbər agentliyi bildirir ki, Braziliya və Meksika görüşdə iştirak etməyib. Trampın sözlərinə görə, Meksika ABŞ-ın narkotik kartelləri ilə mübarizə təkliflərini rədd edib.