07 mart 2026 12:34
275

YAP Daşkəsən rayon təşkilatı fəal qadınların işğaldan azad olunmuş ərazilərə səfərini təşkil edib

Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun fəal qadınlarının Ağdam, Xocalı, Şuşa və Xankəndi şəhərlərinə səfərini təşkil edib.

“İki sahil” xəbər verir ki, səfər zamanı iştirakçılar bu şəhərlərin tarixi və milli-mədəni görkəmi, həmçinin erməni işğalından azad olunduqdan sonra həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işləri ilə yaxından tanış olublar.

Fəal qadınlar doğma torpaqlarda reallaşdırılan quruculuq işlərini yüksək dəyərləndirərək böyük qürur və sevinc hissi keçiriblər. Onlar qeyd ediblər ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı layihələr bölgənin sürətli inkişafına və tarixi şəhərlərin əvvəlki görkəminin bərpasına xidmət edir.