07 mart 2026 19:42
110

Türkiyə Kiprin şimalında F-16 qırıcı təyyarələri yerləşdirə bilər

Ankarada Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) F-16 qırıcı təyyarələrin yerləşdirilməsi nəzərdən keçirilir.

İki sahil”in məlumatına görə, AZƏRTAC Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən xəbər verir ki, bu, digər məsələlərlə yanaşı, bölgədəki son hadisələr fonunda ŞKTR-nin təhlükəsizliyini təmin etmək üçün də planlaşdırılır.

Müdafiə Nazirliyindəki mənbələr ŞKTR-ni xarici təhdidlərdən qorumaq üçün mərhələli plan açıqlayıblar.