07 mart 2026 17:24
102

BƏƏ bu gün 15 ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu gün 15 ballistik raketin və 119 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.

“İki sahil” BBC-yə istinadla xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin hava hücumundan müdafiə sistemləri ümumilikdə 16 ballistik raket aşkar edib. Onlardan 15-i havada məhv edilib, bir raket isə dənizə düşüb.

Bundan əlavə, hava müdafiə sistemləri 121 pilotsuz uçuş aparatını (PUA) müəyyən edib. Onların 119-u zərərsizləşdirilib, iki pilotsuz aparat isə Birləşmiş Ərəb Əmirlikləri ərazisinə düşüb.

Rəsmi məlumatlara əsasən, artıq bir həftədir davam edən münaqişə ərzində pilotsuz uçuş aparatlarının hücumları nəticəsində ölkədə üç nəfər ölüb, 112 nəfər isə yüngül xəsarət alıb.