07 mart 2026 17:12
101

Yunanıstan Bolqarıstanın şimalında “Patriot” sistemi yerləşdirəcək

Yunanıstan Bolqarıstanın hava müdafiəsini gücləndirmək məqsədilə ölkənin şimalında “Patriot” zenit-raket sisteminin yerləşdirilməsini planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Dendias məlumat verib.

Onun sözlərinə görə, “Patriot” raket batareyası Yunanıstanın şimal bölgəsinə köçürüləcək və bu sistem Bolqarıstan ərazisinin böyük hissəsini hava hücumundan müdafiə edəcək.

Eyni zamanda, əlavə təhlükəsizlik tədbiri kimi iki ədəd F-16 qırıcı təyyarəsinin də Yunanıstanın şimalındakı hərbi bazaya yerləşdirilməsi planlaşdırılır. Bu təyyarələr Bolqarıstanın hava məkanının qorunmasına əlavə dəstək verəcək.

Bildirilir ki, bu addım Bolqarıstan tərəfinin müraciətindən sonra atılıb və regionda artan təhlükəsizlik riskləri fonunda həyata keçirilir.

“Patriot” sistemi müasir hava hücumundan müdafiə vasitələrindən biri hesab olunur, həm təyyarələri, həm də ballistik raketləri məhv etmək imkanına malikdir.

Analitiklərin fikrincə, Yunanıstanın bu qərarı Cənub-Şərqi Avropada təhlükəsizlik əməkdaşlığının gücləndirilməsinə yönəlmiş addım kimi qiymətləndirilir.