ATƏT Parlament Assambleyasının (PA) yüksəksəviyyəli nümayəndə heyəti martın 8-də Gürcüstana səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə ATƏT PA -nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, ATƏT PA prezidenti Pere Joan Pons Sampietronun rəhbərlik edəcəyi nümayəndə heyətinin səfəri iki gün davam edəcək.
Nümayəndə heyətinin üzvləri Gürcüstana səfərləri zamanı vacib görüşlər keçirəcəklər.
"Səfər ATƏT Parlament Assambleyası üzvlərinə son siyasi inkişaflar və demokratiya, təhlükəsizlik və regional sabitliklə bağlı məsələlər barədə gürcü həmkarları ilə fikir mübadiləsi aparmaq imkanı verəcək", - deyə açıqlamada bildirilib.
İngiltərədə Jodi Foster adlı piton xərçəngə qarşı qabaqcıl müalicə sayəsində xilas edilib
Pekində Dünya Robototexnika Sərgisinində yeni model humanoid robotlar təqdim edilib