07 mart 2026 15:45
109

Naxçıvanda təhsil müəssisələri üzrə işə qəbul imtahanı - 279 namizəd, 20 vakant

Martın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifələrinə işə qəbul üçün test imtahanı keçirilib.

Nazirliyin mətbuat xidmətindən “İki sahil” ə bildirilib ki, test imtahanında 279 namizəd iştirak edib. İmtahanda hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim olunub və test suallarının cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb.

Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.

Qeyd edək ki, müsabiqəyə təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifələrinə 20 vəzifə çıxarılıb.