Vizual məsafədən kənarda reaktiv mühərrikli hava hədəfini vuran və qlobal aviasiya tarixində ilk pilotsuz döyüş təyyarəsi olan Bayraktar Kızılelma artıq 2026-cı ildə Türkiyə Silahlı Qüvvələrinin xidmətinə veriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin aparıcı media orqanları martın 7-də məlumat yayıb.
Şirkət Kızılelma pilotsuz təyyarənin sınaq seriyasını uğurla davam etdirir.
Yanvarın əvvəlində keçirilən ən son sınaq uçuşları zamanı Baykar mütəxəssisləri pilotsuz döyüş təyyarəsini EOTS (elektro-optik hədəfləmə sistemi) və FEWS-U (elektron müharibə və müdafiə sistemi) ilə təchiz etməklə Kizilelmanın imkanlarını əhəmiyyətli dərəcədə artırıblar.
Sınaq proqramı çərçivəsində bundan əvvəl Kizilelmadan Türkiyə istehsalı olan TOLUN və TEBER-82 sursatları atılıb, bütün yerüstü hədəflər məhv edilib.
Bundan əlavə, Sinop əyaləti sahillərində pilotsuz döyüş təyyarəsindən “hava-hava” raketi atılıb ki, o da səsdən sürətli reaktiv hədəfi görüntü məsafəsindən kənarda vurub.
Türkiyə hakimiyyəti Bayraktar Kızılelmanı “Türkiyə təyyarə sənayesinin qüruru” adlandırırlar.
İngiltərədə Jodi Foster adlı piton xərçəngə qarşı qabaqcıl müalicə sayəsində xilas edilib
Pekində Dünya Robototexnika Sərgisinində yeni model humanoid robotlar təqdim edilib