Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən indiyədək Qazaxıstana 27 reys həyata keçirilib və 4659 sərnişin Vətənə qayıdıb.
“İki sahil” Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, martın 5-i və 6-da dörd aviaşirkət 15 reys həyata keçirib və 2549 sərnişini ölkədən çıxarıb.
Air Astana Ciddə-Atırau-Almatı marşrutu ilə 3 reys, SCAT Maskat-Almatı - bir reys, FlyDubai Almatıya 5 reys və Dubaydan Astanaya 2 reys, Air Arabia isə Şarjadan Almatıya 4 reys həyata keçirib.
Vətəndaşların təxliyəsi ilə bağlı iş davam edir.
İngiltərədə Jodi Foster adlı piton xərçəngə qarşı qabaqcıl müalicə sayəsində xilas edilib
Pekində Dünya Robototexnika Sərgisinində yeni model humanoid robotlar təqdim edilib