Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi zonalarında yağıntılı hava şəraiti hökm sürür.
“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Hazırda Şərur rayonunun Axura, Şahbuz rayonunun Biçənək, Kükü kəndlərinə, Ordubad rayonunun Parağaçay qəsəbəsinə qar yağır.
Kükü kəndinə yeni yağan qarın hündürlüyü 12, ümumi qar örtüyünün qalınlığı isə 54 santimetr təşkil edir.