Qətər Müdafiə Nazirliyi (MN) ölkə ərazisinə yönəlmiş raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib.
“İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə MN-nin bəyanatında bildirilib.
Qeyd edilib ki, hava hücumundan müdafiə sistemləri raketi uğurla zərərsizləşdirib, lakin hücumun təfərrüatları açıqlanmır.
Daha əvvəl ölkədə yüksək təhlükəsizlik təhdidi səviyyəsi elan edilmişdi. Qətər Daxili İşlər Nazirliyi sakinlərin mobil telefonlarına bildiriş göndərərək vətəndaşları ehtiyatlı olmağa və evdə qalmağa çağırıb.
İngiltərədə Jodi Foster adlı piton xərçəngə qarşı qabaqcıl müalicə sayəsində xilas edilib
Pekində Dünya Robototexnika Sərgisinində yeni model humanoid robotlar təqdim edilib