Prezident Məsud Pezeşkian İranın hücum etdiyi qonşu ölkələrdən üzr istəyib.
“İki sahil”in "İsna"ya istinadən verdiyi xəbərə əsasən, Pezeşkian bu barədə qərarın Müvəqqəti Rəhbərlik Şurasında qəbul edildiyini deyib.
"Dünən Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib. Gəlin bir-birimizlə olan bütün fikir ayrılıqlarını, narahatlıqları və inciklikləri bir kənara qoyaq", - qeyd edib.
İran Prezidenti bildirib ki, bölgə ölkələri ilə düşmənçilikləri yoxdur: "Qonşularımızdan üzr istəyirəm. İrana qarşı hücum olmadığı təqdirdə qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək".
O, hücumların İranın silahlı qüvvələri tərəfindən müstəqil şəkildə edildiyini bildirib.
İngiltərədə Jodi Foster adlı piton xərçəngə qarşı qabaqcıl müalicə sayəsində xilas edilib
Pekində Dünya Robototexnika Sərgisinində yeni model humanoid robotlar təqdim edilib