07 mart 2026 09:13
127

ABŞ İsrailə 12 min ədəd BLU-110 tipli aviabombanın satışına razılıq verib

ABŞ İsrailə 12 min ədəd BLU-110 tipli aviabombanın satışına razılıq verib.

“İki sahil” xəbər verir ki, ABŞ Dövlət Departamenti çəkisi 1 000 funt (təxminən 454 kiloqram) olan 12 min ədəd BLU-110 aviabombasının İsrailə satılmasını təsdiqlədiyini açıqlayıb.

Məlumata əsasən, müqavilənin ümumi dəyəri 151,8 milyon dollar təşkil edir. Saziş çərçivəsində amerikalı podratçıların mühəndislik, logistika və texniki xidmət göstərməsi də nəzərdə tutulur.

Sənəddə qeyd olunur ki, dövlət katibi Marko Rubio ABŞ-ın milli təhlükəsizlik maraqları baxımından İsrail hökumətinə müəyyən müdafiə məhsulları və xidmətlərinin təcili satılmasını zəruri edən fövqəladə vəziyyətin mövcud olduğunu müəyyən edib və bunu əsaslandırıb.

Bildirilib ki, sursatların bir hissəsi ABŞ-ın mövcud ehtiyatları hesabına təmin olunacaq.