Fransa Yaxın Şərqdə gərginliyin artması fonunda hərbi mövqeyini gücləndirmək məqsədilə “FS Tonnerre” (L9014) helikopterdaşıyan gəmisini Şərqi Aralıq dənizinə göndərib.
“İki sahil” xəbər verir ki, bu barədə Fransa mediası Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb. Fransa ordusunun nümayəndəsi bildirib ki, Yaxın və Orta Şərqdə baş verən böhran fonunda Fransa silahlı qüvvələrinin mövcud hərbi mövqeyini gücləndirmək üçün Aralıq dənizinə amfibiya helikopterdaşıyan gəmi yerləşdirilib.
Məlumata görə, “FS Tonnerre” cümə günü Aralıq dənizinə çatan Fransanın təyyarədaşıyan gəmisi “Charles de Gaulle” (R91) ilə birgə fəaliyyət göstərəcək.
Fransa Baş Qərargahı daha əvvəl bildirmişdi ki, Aralıq dənizində hərbi mövcudluğun gücləndirilməsi Yaxın və Orta Şərqdə baş verən böhrana cavab tədbirlərinin bir hissəsidir.
İngiltərədə Jodi Foster adlı piton xərçəngə qarşı qabaqcıl müalicə sayəsində xilas edilib
Pekində Dünya Robototexnika Sərgisinində yeni model humanoid robotlar təqdim edilib