07 mart 2026 00:33
219

Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub - YENİLƏNİB

Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub.

Onların təxliyəsi "Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

Səfirliyin digər əməkdaşlarının da yaxın saatlarda təxliyəsi gözlənilir.

***

Azərbaycanın iki diplomatı "Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə edilib.

Təxliyə olunanlar arasında Rusiyanın da üç diplomatı olub.

Bundan başqa, Çexiyanın 3 diplomatı İrandan Azərbaycana təxliyə edilib.

Daha əvvəl də xəbər verdiyimiz kimi, martın 6-da saat 18:00-dan 21:00-dək İrandan Azərbaycana 26 ölkənin 210 vətəndaşı təxliyə olunub.

"Report"