“DOST Çağrı Mərkəzi 142” 2014-cü ilin iyul ayından başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Çağrı Mərkəzi kimi fəaliyyət göstərmişdir. 2019-cu ilin yanvar ayından etibarən isə Mərkəz DOST Agentliyinin tərkibində fəaliyyətini davam etdirir. Cari dövrədək Mərkəz tərəfindən ümumilikdə 11 milyondan çox müraciət icra olunmuşdur. Ötən 2025-ci ilə nəzər salsaq ümumilikdə 3 570 673 müraciət icra olunmuşdur. Onlardan 76.7%-i, yəni 2 737 941-i zəng olaraq daxil olub.
Bu fikirləri “DOST Çağrı Mərkəzi 142”nin direktoru Bəxtiyar Məmmədov “İki sahil”ə müsahibəsində bildirib.

Müsahibimin sözlərinə görə, daxil olan zənglər ilk olaraq IVR-a daxil olur, vətəndaş anonsları dinləyərək və ya yaradılmış texniki imkanlardan istifadə edərək müraciətlərinin cavabını əldə edə bilirlər. 47.6% müraciət – (1 303 412, yəni ümumi müraciətlərin 36.5%-i) IVR vasitəsilə icra olunmuşdur. 52.4% müraciət – (1 434 529, yəni ümumi müraciətlərin 40.2%-i) təmsilçi tərəfindən cavablandırılmışdır.
O qeyd edib ki, ümumi müraciətlərin 20.7%-i yəni 738 045-i Nazirliyin strukturuna daxil olan və ya daxil olmayan tabeliyindəki qurumların rəsmi saytlarına, həmçinin “Facebook və “İnstagram” platformaları üzərindən fəaliyyət göstərən rəsmi səhifələrinin ismarıc hissəsinə daxil olan müraciətlərin cavablandırıldığı Whelp intellektual çatbotuna daxil olan müraciətlərdir. Vətəndaşlar ilkin olaraq Çatbot-da yaradılmış qanunvericilik bazasına əlavə olunmuş ən çox verilən sualların cavabı ilə tanış ola bilərlər. Whelp intellektual çatbotuna daxil olan müraciətlərin 84%-i (619 655, yəni ümumi müraciətlərin 17.4%-i) Çatbot vasitəsilə, 16%-i (118 390, yəni ümumi müraciətlərin 3.3%-i) onlayn çat vasitəsilə cavablandırılmışdır.
B.Məmmədov diqqətə çatdırıb ki, ümumi müraciətlərin 2.5%-i, yəni 88 972-si ilə əks əlaqə qurularaq xidmət göstərilmişdir. Onların 89.9%-i (80 016, yəni ümumi müraciətlərin 2.2%-i) ilə əks-əlaqə qurularaq xidmət göstərilmişdir. Müraciət edən vətəndaşlar həm iş, həm də qeyri-iş saatlarında xətdə gözləmədən “zəng sifarişi” xidmətindən istifadə edə bilərlər. Zəng sifarişini həm “142” qısa nömrəsinə zəng etməklə IVR vasitəsilə, həm də Nazirliyin e-social.gov.az internet səhifəsində "Müraciətlər" bölməsinə daxil olaraq, açılan səhifədə "Zəng sifarişi" hissəsindən etmək mümkündür. Onların 10.1%-i isə (8 956, yəni ümumi müraciətlərin 0.3%-i) zəng sifarişi olaraq daxil olmuş və əks əlaqə qurularaq xidmət göstərilmişdir. Ümumi müraciətlərin 0.2%-i, yəni 5 715 müraciətə SMS göndərilməsi ilə xidmət təmin edilmişdir. Ötən ildən vətəndaşların məlumatlandırılmasında SMS bildirişlərin istifadəsinə başlanılmışdır.
Yaqut Ağaşahqızı, “İki sahil”