05 mart 2026 12:07
149

Kürdəmirdə partiyanın fəal üzvü Sevil Süleymanovanın yubileyi münasibətilə görüş keçirilib

Martıln 5-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında partiyanın fəal üzvlərindən olan Sevil Əsədulla qızı Süleymanovanın 65 illik yubileyi münasibətilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.

Görüşün sonunda partiya veteranı Sevil Süleymanovaya partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə və 65 illik yubileyi münasibətilə Fəxri Fərman, gül buketi və xatirə hədiyyəsi təqdim edilmişdir.

Sonda çıxış edən partiya veteranı Sevil Süleymanova göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.