Fevral ayında Bakı şəhərində ümumilikdə 9 124,9 kvadrat metr sahədə cari təmir işləri həyata keçirilib.
“İki sahil” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, yanvar ayında bu göstərici 8 053,3 kvadrat metr təşkil edib.
Beləliklə, fevral ayında aparılan təmir işlərinin həcmi əvvəlki ayla müqayisədə 13,3 % artıb və yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Şəhər ərazisində hərəkətin rahat və təhlükəsiz olması üçün cari təmir tədbirləri mərhələli şəkildə davam etdirilir.
Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişib