Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilib. Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 3 mərkəzdə keçirilən olimpiadada ümumilikdə 638 şagird iştirak edib.
“İki sahil” xəbər verir ki, bu barədə Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, respublika fənn olimpiadalarının yarımfinal mərhələsi riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənnləri üzrə keçirilib.
Qeyd edək ki, respublika fənn olimpiadalarının təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkarlanması, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.