Azərbaycan Turizm Bürosu ölkənin turizm imkanlarını 20-27 fevral tarixlərində Özbəkistanın Daşkənd, Qazaxıstanın Almatı və Rusiyanın Moskva şəhərlərində keçirilən “Luxury Travel Mart” (LTM) silsilə tədbirlərində nümayiş etdirib.
“İki sahil” xəbər verir ki, tədbirlər çərçivəsində iştirakçılar Azərbaycanın sahil turizmi, dağ-xizək kurortları, sağlamlıq və spa mərkəzləri, mədəni irs və qastronomiya marşrutları barədə məlumatlandırılıblar.
Tədbirlər zamanı keçirilən B2B görüşlərində Özbəkistan, Qazaxıstan və Rusiyadan olan 450 turizm şirkəti və turoperatoru, həmçinin 1200 turizm peşəkarı ilə görüşlər keçirilərək potensial əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında ötən ilin yanvar ayına nisbətdə Rusiya (42 342 nəfər) və Qazaxıstandan (5676 nəfər) Azərbaycana səfər edənlərin sayı 2%, Özbəkistandan (5130 nəfər) isə 72% artıb.
Aİ qaz idxalının təsdiqi qaydalarını yumşaldır, Azərbaycan və Rumıniya üçün yeni imkanlar yaranır
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Azərbaycan 2 ayda Türkiyədən geyim idxalına 9,5 milyon dollara yaxın vəsait xərcləyib
Serbiya 2040-cı ildən sonra nüvə elektrik stansiyalarının ümumi gücünü 1 000 MVt-a çatdıra bilər