Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli fevralın 27-də Xırdalan şəhərində Abşeron və Zəngilan rayonlarının sakinlərini qəbul edib.
“İki sahil” xəbər verir ki, qəbuldan əvvəl İdarə Heyətinin sədri Vüsal Nəsirli və Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasən avtomobil yollarının vəziyyəti, yolların əsaslı təmiri və yenidən qurulması, eləcə də işlə təminat məsələləri ilə bağlı olub.
Görüş çərçivəsində vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin operativ araşdırılması və həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.
Aİ qaz idxalının təsdiqi qaydalarını yumşaldır, Azərbaycan və Rumıniya üçün yeni imkanlar yaranır
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Azərbaycan 2 ayda Türkiyədən geyim idxalına 9,5 milyon dollara yaxın vəsait xərcləyib
Serbiya 2040-cı ildən sonra nüvə elektrik stansiyalarının ümumi gücünü 1 000 MVt-a çatdıra bilər