26 fevral 2026 15:15
107

Ombudsman Aparatı Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər

Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı “Ana harayı” abidəsini ziyarət edib.
“İki sahil” xəbər verir ki, Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.