Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kubada bütün humanitar məsələlər öz həllini tapmalıdır və heç kim bu prosesə maneçilik törətməməlidir.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
“Adanın ətrafındakı təhlükəsizlik məsələsinə gəldikdə isə, burada çox vacibdir ki, hamı təmkin nümayiş etdirsin və hər hansı təxribat xarakterli addımlara yol verilməsin”, – deyə o, brifinq zamanı qeyd edib.
Peskov vurğulayıb ki, Kuba ətrafında vəziyyət hazırda gərginləşməkdədir.
Onun sözlərinə görə, Rusiya tərəfi ABŞ-da yaşayan və silahla adaya daxil olmağa cəhd edən saxlanılmış kubalıların terror aktı hazırladıqlarını etiraf etdikləri barədə məlumatlara əsaslanır. Kreml nümayəndəsi əlavə edib ki, “Kuba sərhədçiləri bu vəziyyətdə etməli olduqlarını ediblər”.
Hadisə fevralın 25-də baş verib. Florida ştatında qeydiyyatdan keçmiş sürətli kater Kubanın ərazi sularına daxil olub və gəmidə olan şəxslər atəş açıblar. Katerin göyərtəsində ABŞ-da yaşayan on silahlı kubalı olub. Sahil mühafizəsi əməkdaşları dörd nəfəri zərərsizləşdirib, daha altı nəfər yaralanıb. Kuba sərhəd xidmətinin bir əməkdaşı da xəsarət alıb.
Kuba Daxili İşlər Nazirliyində bildirilib ki, hücum edənlər təxribat aktı planlaşdırırdılar. Öz növbəsində The New York Times nəşri mənbəyə istinadla yazıb ki, sözügedən kater ABŞ Hərbi Dəniz Qüvvələri və ya sahil mühafizəsi ilə əlaqəli olmayıb.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib