28 noyabr 2026 00:53
197

ABŞ Oman körfəzində quru yük gəmisini sıradan çıxardığını açıqlayıb

ABŞ hərbçiləri noyabrın 26-da Oman körfəzində ticarət gəmisinə zərbə endirərək onu hərəkətsiz vəziyyətə gətiriblər.

“İki sahil” TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.

Komandanlığın rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir: “CENTCOM noyabrın 26-da ekipajın ABŞ-nin dəniz blokadasını yarmağa cəhd göstərməsindən sonra Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb. ABŞ-nin hərbi hava gəmisi Palau bayrağı altında üzən “Pacific Archer” gəmisinin arxa hissəsinə yüksək dəqiqlikli döyüş sursatı ilə zərbə endirib”.

Qeyd olunub ki, gəmi Bəndər-Abbas limanından çıxdıqdan sonra regional suları keçməyə cəhd göstərib.