Rusiyanın Sankt-Peterburq şəhərində meymunçiçəyinə gün ərzində üçüncü yoluxma aşkarlanıb. Xəstə şəhər xəstəxanasına aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "İzvestiya"ya mənbə bildirib.
Məlumat daha sonra "Rospotrebnadzor"un şəhər və Leninqrad vilayəti üzrə Regionlararası İdarəsi tərəfindən təsdiqlənib.
Həkimlər xəstənin vəziyyətini orta ağır qiymətləndirirlər.
"İzvestiya" daha əvvəl şəhərdə infeksiyaya iki yoluxmanın təsdiqləndiyini bildirib. "Rospotrebnadzor" yeni halların aşkarlanmasından sonra epidemioloji araşdırmaya başlayıb.
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır