Kamçatka sahillərində 6,5 maqnitudalı yeraltı təkan qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialından məlumat verilib.
"Maqnituda: 6,5. Petropavlovsk-Kamçatskidə intensivlik (ilkin qiymətləndirmə): 3 bal", - məlumatda qeyd edilib.
Bildirilib ki, zəlzələ şəhərdən 236 km məsafədə baş verib. Yeraltı təkanların episentri 32,9 km dərinlikdə yerləşib.
İspaniya Aİ-yə Seutada qalan qeyri-qanuni miqrantlarla bağlı kömək üçün müraciət edib
Türkiyə XİN: Yunanıstanın Egey dənizi ilə bağlı qərarı hüquqi nəticə doğurmayacaq