26 fevral 2026 09:36
147

Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir

Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.

“İki sahil” xəbər verir ki, fevralın 26-da səhər saatlarından etibarən "Ana harayı" abidəsini ziyarət edən vətəndaşlar abidə önünə tər qərənfillər düzərək faciə qurbanlarına ehtiramlarını bildirirlər.

Ziyarətçilər arasında dövlət və hökumət nümayəndələri, eləcə də ictimai-siyasi xadimlər də var.