ABŞ-da kommersiya neft ehtiyatları 20 fevralda başa çatan həftə ərzində 15,989 milyon barel artıb.
Trend xəbər verir ki, bu barədə ölkənin ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Analitiklər orta hesabla 1,8 milyon barel artım proqnozlaşdırırdılar.
Benzin ehtiyatları həftə ərzində 1,011 milyon barel azalıb, distillə edilmiş neft ehtiyatları isə 252 min barel artıb.
New York Mercantile Exchange-də (NYMEX) ticarət edilən xam neftin saxlanıldığı Kuşinq terminalındakı ehtiyatlar əvvəlki həftə 1,095 milyon barel azalmadan sonra 881 min barel artıb.
Yanukoviçin sabiq köməkçisinin qətlində şübhəli bilinən şəxs Almaniyada saxlanılıb