25 fevral 2026 23:32
134

Cənubi Koreya və ABŞ “Freedom Shield” birgə hərbi təlimləri keçirəcək

Mart ayında Cənubi Koreya və ABŞ “Freedom Shield” (“Azadlıq qalxanı”) adlı illik birgə hərbi təlimlər keçirəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Bildirilib ki, təlimlər 9-19 mart tarixlərində keçiriləcək və “Döyüşçü qalxanı” adlı səhra manevrlərini, eləcə də döyüş əməliyyatlarının kompüter modelləşdirilməsini əhatə edəcək.

Agentliyin mənbələri vurğulayıblar ki, səhra təlimlərinin miqyasının 2025-ci illə müqayisədə daha kiçik olacağı ehtimal edilir. Bu qərar Cənubi Koreya hakimiyyətinin Şimali Koreya ilə münasibətləri yaxşılaşdırmaq niyyəti ilə əlaqələndirilir.