Yaponiyanın “SkyDrive Inc.” startapı sərnişin daşınması üçün nəzərdə tutulan pilotsuz uçuş aparatının ilk nümayiş xarakterli uçuşunu həyata keçirib.
“İki sahil” Yaponiya KİV-lərinə istinadən xəbər verir ki, uzaqdan idarə olunan “SD-05” innovativ nəqliyyat vasitəsi “Mitsubishi Estate Co. və Kanematsu Corp.” şirkətləri tərəfindən hazırlanıb. Aparat ilk uzaqdan idarə olunan uçuşunu Tokio körfəzi üzərində həyata keçirib. Uçuş təxminən dəqiqə yarım davam edib və aparat təxminən 150 metr məsafə qət edib.
“SD-05” pilotsuz aparatı 12 daşıyıcı vint və akkumulyator batareyaları ilə təchiz olunub. Bu xüsusiyyətlər sayəsində o, 15-40 kilometr məsafə qət edə bilir. Nəqliyyat vasitəsi üç nəfərin daşınması üçün nəzərdə tutulub.
İspaniya Aİ-yə Seutada qalan qeyri-qanuni miqrantlarla bağlı kömək üçün müraciət edib
Türkiyə XİN: Yunanıstanın Egey dənizi ilə bağlı qərarı hüquqi nəticə doğurmayacaq